Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, dekabrın 4-də paytaxt sakini olan bir qadının cibindən içərisində 106 manat olan pulqabısı oğurlanıb.
24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rafiq Hüseynov saxlanılıb.
Məlum olub ki, Rafiq Hüseynov əvvəllər oğurluq və soyğunçuluğa görə məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.