26 Avqust 2014 12:05
1 601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qabil Hüseynli: "Qəzza müharibəsinin yaxın müddətdə bitəcəyini düşünmürəm"

"Müharibə İsrail-Fələstin arasında deyil, İsrail-HƏMAS arasında gedir. On mindən çox insanın ölümünün məsuliyyəti həmçinin HƏMAS-ın üzərindədir. O, terror təşkilatıdır, dünya onları terrorçu kimi tanıyır. Güclü İsrail dövləti terrorçularla adekvat davranmalıdır. TəşkilaTın silahlı qanadı olan Əl-Qassam mülki əhalinin sıx olduğu yerlərdə qərarlaşıb və İsrail ərazisini rusun köhnə "katyuşalar"ı ilə bombalayır. İsrail də ona daha modern raketlərlə cavab verir".

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli iyunun 7-dən başlayaraq, İsrailin Qəzzanı bombalamasına münasibət bildirərkən, qeyd edib. Onun sözlərinə görə, İsrail atəşkəsə razıdır, amma HƏMAS buna mane olur.

"Fələstin muxtariyyətinin rəhbəri Fələstin Azadlıq Təşkilatının lideri Mahmud Abbasdır. Bütün dünya Mahmud Abbası Fələstinin rəsmi nümayəndəsi kimi tanınır, amma HƏMAS onu qəbul etmir. Mərkəzi hakimiyyətə qarşı çıxan bir təşkilata İsrail və digər dünya dövlətləri necə hörmət edə bilər? HƏMAS-ın nizamnaməsində İsrail dövlətinin məhv edilməsi nəzərdə tutulub. Biz İsrail tərəfindən öldürülən fələstinlilərə görə acıyırıq, təəssüflənirik. Amma burada HƏMAS-ın da günahı az deyil. "Əl-Qassam"ın rəhbəri Məhəmməd Deyfinin xanımı və iki uşağı öldürüldü. Arvadının 7-si çıxmamış baldızlarını özünə siğə etdirdi. Bir sözlə, HƏMAS özünü çox ləyaqətsiz, sivil dünyadan kənar aparır. Onun elə bir müsbət tərəfi yoxdur ki, beynəlxalq aləmə çıxarıb müdafiə edəsən".

Q.Hüseynli bildirdi ki, HƏMAS-ı İran dəstəkləyir: "HƏMAS-ın pulu, silahları İrandan gəlir. Mən Qəzza müharibəsinin yaxın müddətdə bitəcəyini düşünmürəm. Bu müharibədə İsrailin itkiləri azdır. Onlar uzaq məsafədən Qəzzanı raket atəşinə tuturlar. HƏMAS isə farslardan aldığı köhnə rus "katyuşalar"ı ilə 30-40 kilometr məsafəni vurur. Həmin ərazilər isə səhradır. İsrailin rekatdən müdafiə kompleksləri HƏMAS-dan atılan raketləri havadaca zərərsizləşdirir. Qəzzada baş verənlər dövlətlə-terror təşkilatının, müasirliklə-geriliyin davasıdır".

Ayxan


Müəllif:

Oxşar xəbərlər