Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının bölüyündə silahlı insident olub.
Penitensiar xidmətin ictimayyətlə əlaqələr mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, həqiqi hərbi xidmət keçən əsgər Qarayev Orxan Əhəd oğlu qaravul xidmətində olarkən ona təhkim olunmuş silahla ehtiyatsız davranışı nəticəsində açılmış atəşdən xəsarət alıb.
Əsgərə ilkin zəruri tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib.
Hazırda əsgər Orxan Qarayevin vəziyyəti stabildir, həkim nəzarəti altındadır.
Faktla bağlı Bakı şəhər Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.