8 Dekabr 2018 00:15
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində "Kamaz" və "VAZ-21 07" markalı avtomobillər toqquşub.

Nəticədə 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bakı-Sumqayıt yolunda sərnişin avtobusu qəzaya uğrayıb.


Müəllif: Teleqraf.com