Quba rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, dekabrın 8-də, axşam saatlarında rayonun 2-ci Nügədi kənd sakini Heybət Heybətov naməlum şəraitdə bıçaqlanıb.
O, ağır vəziyyətdə Quba rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakini Mehman Balayev saxlanılıb.
O, araşdırma zamanı törətdiyi əməli etiraf edib. Bildirib ki, Heybət Heybətovla aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanıb.