İranda narkotik maddələrin satışı və qaçaqmalçıq ittihamı ilə ölüm cəzasına məhkum edilmiş daha 1 məhbus edam olunub.
Teleqraf.com xəbər verir ki, edam Güney Azərbaycanın Urmiya şəhərində həyata keçirilib.
Məlumata görə, 2 il əvvəl həbs edilmiş Sulduz şəhər sakini Yunis Əzizi Urmiya həbsxanasında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə məlumat verilməyib.