Müğənni Nadir Qafarzadənin evindən 50 min dollar pul oğurlanıb.
Teleqraf.com-un məlumatına görə, ifaçı bu barədə “5/5” verilişində danışıb.
O bildirib ki, oğurluq ilyarım öncə baş verib: “Mən heç kimin haqqına girməyi xoşlamıram. Evimdən oğurluq olmuşdu. Qohumumdan şübhələndim. Elə bildim, o edib. Sonradan zəng edib o xanımdan üzr istədim. Yalan yerə babal yudum.
Heç demə, o etməyibmiş. Ad çəkə bilmərəm. 50 min dollara yaxın pul idi. Həyat yoldaşım mənə dəstək oldu. Dedi, yəqin o pul getməli imiş. Ona görə şükür edirəm.
O pul itən vaxtlarda gecələr yuxu dərmanı ilə yatırdım. Utandığım üçün evimə polis gətirmədim”.