14 Dekabr 2018 07:35
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Texas ştatında 5 yaşlı oğlan atası və ögey anası tərəfindən ağlasığmaz işgəncəyə məruz qalıb.

Teleqraf.com xəbər verir ki, günlərlə şkafda ağzı bağlı halda ac və susuz saxlanılan azyaşlı olmazın işgəncələrə məruz qalıb. Polislər onu tapanda çəkisi 15 kilo olub.

Uşağın atası 24 yaşlı Bradley Bleimeyer və ögey anası 33 yaşlı Tammi Bleimeyer arasındakı mübahisədən dolayı evə baxış keçirən polislər pilləkənin altındakı şkafda cəlimsiz hala düşmüş oğlan aşkarlayıblar. İlkin dindirmə zamanı oğlanın valideynləri tərəfindən cəza olaraq ölümcül hala salındığı məlum olub.

2016-cı ildə məhkəmənin hökmü ilə zalım ata 15 il azadlıqdan məhrum edilib. Ögey ana isə istintaqdan gizlənə bilib. Polislər onu ötən ayın sonlarında yaxalayıblar. 37 yaşlı qadın 28 il azadlıqdan məhrum edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər