Avstraliyada 5.6 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, zəlzələ Qərbi Avtsraliya ştatında baş verib.
Hadisə yerli vaxtla saat 14:26-da qeydə alınıb. Zəlzələnin episentri Karnarvon şəhərindən 195 km şimal-qərbdə, ocağı isə 2 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.