17 Dekabr 2018 00:15
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı İrəvanın Ərəbkir rayonunda Ovannes Xmelyan adlı 23 yaşlı şəxsin oğurlanmasında şübhəli bilinən 4 nəfər saxlanılıb.

Ermənistan mətbuatının verdiyi xəbərə görə, bu ayın 12-də, 23:30 radələrində 4 nəfər Ovannes Xmelyanı tapança ilə hədələməklə zorla “Mersedes” markalı avtomobilə mindirib qaçıraraq onu Kanaker rayonuna aparıblar. Medianın verdiyi informasiyaya əsasən, Ovannes Xmelyan Armavir vilayətinin polis rəisi, polkovnik Samvel Xmelyanın qardaşı oğludur.

Ovannes Xmelyanın adı hansısa məhkəmə işində şahid kimi gedirmiş.

Mətbuat bunu İrəvanın Tiqranyan küçəsindəki atışma ilə əlaqələndirib.

Həmin atışmada iki nəfərin yaralandığı bildirilir.
\Musavat.com\


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər