17 Dekabr 2018 09:01
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın paytaxtı Afinada "Skai" özəl telekanalının ofisinə saatla işləyən bomba qoyulması xəbəri yayılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisədən 45 dəqiqə öncə bomba olan bir nəfərin telekanal binasına daxil olduğu müəyyənləşib.

Bina boşaldılıb. Partlayış zamanı ətrafda təşviş yaranıb. Ziyan çəkən olmayıb.

Hadisəni sol radikal qüvvələrin törətdiyi ehtimal olunur.


Müəllif: Mahir