17 Dekabr 2018 09:21
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Agcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, rayonun Muğanlı kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü, 1987-ci il təvəllüdlü Abdullayev Şahin Rövşən oğlu və sərnişin, 2014-cü il təvəllüdlü Abdullayev Rövşən Şakir oğlu hadisə yerində ölüblər.

Əraziyə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri sürücü və sərnişinin meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Daha əvvəl rayonun Boyat kəndində ölüm və xəsarətlə nəticələnən digər yol qəzası da baş verib.


Müəllif: Teleqraf.com