Ermənistan ordusunun baş leytenantı avtomatdan açdığı atəş nəticəsində əsgəri yaralayıb.
Teleqraf.com xəbər verir ki, dünən saat 23:40 radələrində adı açıqlanmayan baş leytenant silahla davranış qaydalarını pozaraq öz avtomatından müddətdən artıq hərbi qulluqçu Armen Arutyunyana atəş açıb.
Nəticədə tabeliyində olan əsgər ombasından güllə yarası alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı cinayət işi açılıb.