19 Dekabr 2018 12:46
2 416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün “Koroğlu”da yerləşən “Bravo” hipermarketinə girən Audi-Q3-ün sürücüsü xanım olub.

Teleqraf.com Bakı.ws-ə istinadən xəbər verir ki, həmin sürücü Azərbaycanın bədii gimnastika yığmasının baş məşqçisi Mariana Vasilyevadır.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat katibi Bikə Abdullayeva bildirib ki, hadisə zamanı Mariana Vasilyeva heç bir xəsarət almayıb.

“Mariana Vasilyeva xəsarət almayıb, salamatçılıqdır. Hazırda o, iş başındadır. Avtomobilə nə qədər ziyan dəyməsi barədə isə heç bir məlumatım yoxdur”, - B.Abdullayeva bildirib.

Qeyd edək ki, ötən gün Audi-Q3 markalı avtomobil “Koroğlu”da yerləşən “Bravo” hipermarketində girib. Qəzadan sonra həmin maşının dövlət nömrə nişanı çıxarılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər