22 Dekabr 2018 13:17
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Gəraybəyli kəndində qeydə alınıb.

Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Əzizə Axundovanın meyiti həmin kənddə yerləşən evinin həyətində tapılıb.

Məlum olub ki, Əzizə Axundovanın kəndirlə boğularaq öldürülüb. Qətl baş verən ev Əzizə Axundovaya məxsus olub. Hazırda cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görülür.

Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər