Zaqatalada 33 yaşlı kişi kəsdiyi ağacın altında qalaraq ölüb.
Teleqraf.com xəbər verir ki, bədbəxt hadisə Zaqatalanın Danaçı kəndində baş verib. Kənd sakini Murad Mehdiyev özünə məxsus təsərrüfatda irigövdəli ağac kəsib. Ağacın budaqlarını gövdəsindən ayırarkən qəfildən kötük onun üzərinə aşıb.
Murad Mehdiyev yaxınlıqda olanların köməyi ilə ağacın altından çıxarılsa da, həyatını xilas etmək mümkün olmayıb. O, aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.