Gəncə şəhərində qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin şəhərin Kəpəz rayonu ərazisində qeydə alınıb.
Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Elçin Həsənov küçədə döş qəfəsindən bıçaqlanıb. Yaralı Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü İbrahim Quliyev həbs edilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.