26 Dekabr 2018 11:04
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində dövlət obyektindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, dekabrın 25-də, gecə saatlarında Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan siqnalı" daxil olub.

Gəncə Regional Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları qısa vaxt ərzində hadisə yerinə çatıblar.

Obyektə baxış zamanı ofisin arxa pəncərəsinin dəmir barmaqlıqlarının və şüşəsinin naməlum şəxs tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib.

Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmaq istəyərkən, mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılıb və maddi sübutla birlikdə ərazi üzrə Nizami rayon Polis İdarəsinə təhvil verilib.

Araşdırmalarla həmin şəxsin Lerik rayon sakini Etibar Hüseynov olduğu müəyyən edilib.

Faktla bağlı araşdımalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər