Bakıda Dənizkənarı Milli Parkda ("Bulvar otel"in yaxınlığı) dənizə düşən şəxsin adı məlum olub.
Report-un məlumatına görə, özünü dənizə ataraq intihar edən şəxs 1983-cü il təvəllüdlü Binəqədi rayon sakini Rüstəmova Dilrubə Xalid qızıdır.
Ərazidə olan 1985-ci il təvəllüdlü Quliyev Ruslan Etibar oğlu onu xilas etməyə çalışıb, lakin mümkün olmayıb.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Xilasedicilər D.Rüstəmovanın meyitini sudan çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
D.Rüstəmova iki uşaq anasıdır.
16:23
Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb.
Teleqraf.com FHN-ə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.