10 Yanvar 2019 00:14
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaşda yanğın olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Ləki kəndində baş verib.

Ümumi sahəsi 280 m² olan kürsülü, birmərtəbəli altı otaqlı evin dəhlizinin, mətbəxinin və iki otağının tavanı 32 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com