10 Yanvar 2019 12:00
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 12.000 ABŞ dolları, qızıl-zinət əşyaları və qol saatı oğurlanıb.

30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Hövsan qəsəbə sakini Sergey Pimenov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.


Müəllif: Hacı Zeynalov