10 Yanvar 2019 12:35
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Məhərrəm Bənnayevin idarə etdiyi “Hyundai”, Fail Məmmədovun idarə etdiyi “KamAZ” və İmran Eyvazovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə Məhərrəm Bənnayev xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov