11 Yanvar 2019 10:59
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində Masallı rayon sakini Rövşən Dadaşov həyat yoldaşı Aidə Dadaşova ilə şəxs münasibətlər zəminində mübahisə edib.

Mübahisə sonradan ər-arvad arasında davaya çevrilib.

Bu zaman Rövşən Dadaşov arvadına bir neçə bıçaq zərbəsi vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisəni törədən Rövşən Dadaşov polisə gələrək təslim olub. O, törətdiyi cinayəti etiraf edib.

O, cinayəti qısqanclıq zəminində törədildiyi deyib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi balanıb.


Müəllif: Hacı Zeynalov