11 Yanvar 2019 13:22
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Rəhimli kəndindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Şabran rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakini Hüseyn Binəliyev saxlanılıb.

Onun yanvarın 3-də 1 həyətyanı sahədən məişət əşyaları və ərzaq məhsulu oğurlaması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov