11 Yanvar 2019 14:05
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Quba rayonunda baş verən dəhşətli qəza ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, yanvarın 10-da saat 9 radələrində Quba rayonunun Zərdabi kəndi ərazisində rayon sakinləri Pənah Məmmədovun idarə etdiyi “Ford Transit” və Ramil Seyidəhmədovun idarə etdiyi “VAZ-21010” markalı avtomobillər toqquşub.

Nəticədə R.Seyidəhmədovun sərnişinlərindən Şakir Abbasov və Coşqun Qasımov hadisə yerində, Nahid Tarverdiyev isə xəstəxanaya aparılarkən yolda ölüb, R.Seyidəhmədov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Quba rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov