12 Yanvar 2019 11:24
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda atılmış 3 günlük qız uşağı tapılıb.

Körpə polislər tərəfindən 1 saylı Körpələr evinə təhvil verilib.

Uşağın anası 37 yaşlı Nailə Ağayeva isə Xəzər rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report