12 Yanvar 14:55
1 379

Bakının Binəqədi rayonunda azyaşlıya təcavüz edilib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində paytaxt sakini Ramil Mehtiyev azyaşlı Samirə Əliyevaya (ad və soyad şərti verilib – red.) təcavüz edib.

İstintaq orqanı tərəfindən Ramil Mehtiyevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Binəqədi rayon Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə baş tutan qapalı iclasda Ramil Mehtiyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.

Hakim təqdimatı təmin edib və Ramil Mehtiyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq hərəkətləri davam edir.


Müəllif: Hacı Zeynalov