13 Yanvar 2019 12:30
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada qanunsuz ceyran ovlayan şəxs saxlanılıb.

DİN-dən Teleqraf.com-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Tülər kənd ərazisində ovlanması ölkəmizdə qanunla qadağan olunmuş meşə fonduna aid bir baş ceyran ovlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun həmin kənd sakini Habil Muradov olduğu müəyyən edilib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.


Müəllif: Teleqraf.com