13 Yanvar 2019 15:53
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada yanğın qeydə alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Quba rayonunda ikimərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 200 m² olan dülgər sexinin tavanı və içərisindəki 4 ədəd dəzgahın taxta üzlüyü yanıb.

Sexin, binanın qalan hissəsi və 1 ədəd dəzgah yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com