14 Yanvar 2019 12:40
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi paytaxtın Qaradağ rayonunda baş verən dəhşətli qəza ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, yanvarın 13-də saat 13 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Salyan rayon sakini İsrayıl Qəniyevin idarə etdiyi “Daewoo” və Bakı şəhər sakini Ceyhun Mirzəyevin idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “İveco” markalı avtomobillər toqquşub, sonradan idarəetməni itirmiş İ.Qəniyevin avtomobili Qəbələ rayon sakini Sadiq Hacıyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb.

Nəticədə İ.Qəniyev və sərnişinlərindən Çimnaz Gülmalıyeva hadisə yerində ölüb, digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov