15 Yanvar 2019 12:45
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslərin tutulması təmin olunub.

Teleqraf.com xəbər verir ki, yanvarın 13-də, saat 21 radələrində Gəncə şəhəri ərazisindəki “Nizami” məqbərəsinin ərazisindən artezian quyusunun metal borusunun hissəsini oğurlamağa cəhd göstərən 2 nəfər Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar.

Kəpəz rayon Polis İdarəsinə təhvil verilən həmin şəxslərin Gədəbəy rayon sakinləri Elyaz Abbasov və Elməddin Abbasov olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov