15 Yanvar 2019 13:37
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Zeynəddin kəndi ərazisində qeydə alınıb.

Rayon sakini Nəsimi Məsimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında velosiped sürən kənd sakini Məhəmməd Osmanovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş velosipedçi orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov