15 Yanvar 2019 14:48
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Meysəri kəndi ərazisində qeydə alınıb.

Qəbələ rayon sakini Dəyanət Zəkəryəyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sərnişinlərindən Pərvanə Rəcəb qızı hadisə yerində ölüb, sürücü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov