15 Yanvar 2019 16:58
2 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ufa vilayətində 3 polis tərəfindən cinsi zorakılığa məruz qalmış qızın atası Rusiya təhlükəsizlik xidmətlərində yüksək vəzifə tutur.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, zorakılıqla üzləşmiş qız Rusiya Daxili İşlər Nazirliyi yanında Hüquq İnstitutunun məzunudur və polis olmağa hazırlaşırdı. Gələcək həmkarları isə onu döyərək, bir neçə dəfə cinsi istismara məruz qoyublar.

Qeyd edilir ki, polis əməkdaşları DİN-in bölgədəki bölməsində içdikdən sonra qıza zəng edərək ora çağırıblar.

Bölmədə onu döydükdən sonra bir neçə dəfə zorlayıblar.


Müəllif: Mənsur Rəğbətoğlu