15 Yanvar 2019 23:43
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda yol qəzası baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə rayonun Zeynəddin kəndi ərazisində olub.

1968-ci il təvəllüdlü Nəsimi Məsimov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolun kənarı ilə velosiped sürən kənd sakini, 1994-cü il təvəllüdlü Məhəmməd Osmanovu vurub.

Hadisə nəticəsində xəsarət alan M.Osmanov xəstəxanaya aparılsa da, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com