16 Yanvar 2019 12:32
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Anar Şixiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Sonda prokuror vəsatətlə çıxış edib.

O, zamində olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsini və məhkəmə zalında həbs olunmasını istəyib.

Məhkəmə vəsatəti təmin edib və Anar Şixiyevin barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

İttihama görə, yol qəzası hadisə ötən il Nəsimi rayonu, Alı Mustafayev küçəsi 12-nin qarşısında baş verib.

Belə ki, Anar Şixiyevin idarə etdiyi “Kia” markalı avtomobil Kənan Vəliyevin sürdüyü “Mercedes”i vurub.

Nəticədə “Mercedes”də olan 3 nəfər ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Avqustun 12-də isə xəsarət alanlardan 1972-ci il təvəllüdlü Hamlet Cəbiyev xəstəxanada vəfat edib.


Müəllif: Hacı Zeynalov