17 Yanvar 2019 14:53
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, ötən il dekabrın 16-da Şirvan şəhər sakini bir qadın “102 Zəng Mərkəzi” Xidmətinə zəng edərək ona məxsus fərdi yaşayış evindən ümumi dəyəri 1307 manat olan qızıl-zinət və məişət əşyalarının oğurlandığı barədə məlumat verib.

Məlumat müvafiq tədbir görülməsi məqsədilə aidiyyatı üzrə Şirvan şəhər polis şöbəsinə göndərilib.

Polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Yevgeni Vatolin və Hacıqabul rayon sakini Rəşad Ağamaliyev saxlanılıblar.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər.

Oğurladıqları əşyaların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan şəhər polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov