18 Yanvar 2019 12:21
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə sakini Telman İsrafilov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Şahin Əndəlifovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov