18 Yanvar 2019 12:45
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Novo-İvanovka kəndi ərazisində qeydə alınıb.

Rayon sakini Şahin Yusifov idarə etdiyi “Niva” markalı avtomobili yolun kənarındakı hasara vurub.

Nəticədə avtomobildəki sərnişin Əsginaz Əliyeva hadisə yerində ölüb.

Faktla bağlı Gədəbəy rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov