18 Yanvar 2019 19:31
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Voronej şəhərində şaurma yedikdən sonra 15 nəfər xəstəxanaya yerləşdirilib.

Teleqraf.com-un məlumatına görə, onlardan 6 nəfərinə salmonelyoz diaqnozu qoyulub.

Onların vəziyyəti orta ağır qiymətləndirilir. Zəhərlənən şəxslərin müalicəsi bir neçə gün də davam etdiriləcək.

Qeyd olunur ki, müştərilər şaurmanı eyni müəssisədən alıb. Hazırda həmin müəssisə ilə bağlı araşdırmalar başlayıb.


Müəllif: Teleqraf.com