21 Yanvar 2019 12:36
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Biləcəri qəsəbəsində paytaxt sakini Arif Məmmədov öz evində bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Məlum olub ki, Arif Məmmədovu yaşadığı evində kirayədə qalan Salyan rayon sakini Məhərrəm Yəhyayev bıçaqlayıb və daha sonra evdən qaçıb.

6-cı polis bölməsində aparılan araşdırma zamanı məlum olub ki, əvvəllər məhkum olunmuş Məhərrəm Yəhyayev cinayəti törədəndən sonra yaşadığı Salyan rayonuna qaçıb. Polisin keçirdiyi əməliyyat nəticəsində o, Salyan rayonunda həbs edilib və istintaqa təhvil verilib.

Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə olan marixuana da aşkar edilərək götürülüb.

Məhərrəm Yəhyayev ev sahibini pul üstündə bıçaqlayıb. O, qaldığı evin pulunu ödəyə bilməyib. Buna görə ev sahibi ilə aralarında mübahisə yaranıb və mübahisə cinayətlə nəticələnib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov