21 Yanvar 2019 14:03
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Maştağa qəsəbəsində evlərin birindən qızıl-zinət əşyaları, 2000 manat və 1000 ABŞ dolları oğurlanıb.

14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Maştağa qəsəbə sakini Orxan Kərimov saxlanılıb.


Müəllif: Hacı Zeynalov