21 Yanvar 2019 15:05
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astarada ruhi xəstə həmkəndlilərinin yardımçı tikililərini yandırıb.

Teleqraf.com xəbər verir ki, yanvarın 19-na keçən gecə Astara rayonunun Motlayataq kənd sakini T.Abdulova məxsus yardımçı təsərrüfat yanıb.

Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla təsərrüfatın qəsdən yandırıldığı müəyyən edilib.

Yanğını törətməkdə şübhəli bilinən kənd sakini, ruhi xəstə Vahid Həzrətzadə saxlanılaraq Lənkəran rayon ruhi-əsəb psixonevroloji dispanserinə yerləşdirilib.

Polis əməkdaşları tərəfindən onun yanvarın 17-də həmkəndlisi S.Muradova məxsus yardımçı təsərrüfatı yandırması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov