21 Yanvar 2019 15:17
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Yalavac kəndi ərazisində qeydə alınıb.

Sarıxanlı kənd sakini Hidayət Allahverdiyevin idarə etdiyi “VAZ-21074” və Rəsullu kənd sakini Amil Abdullayevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.

Nəticədə Hidayət Allahverdiyev hadisə yerində ölüb, 3 sərnişini xəstaxanaya yerləşdirilib.

Faktla bağlı İmişli rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov