21 Yanvar 2019 22:26
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kerç boğazında iki gəmidə yanğın olub.

Teleqraf.com xəbər verir ki, gəmilərdən birində 17, digərində isə 14 nəfər olub. Bu barədə Rusiya Dənizçilik Agentliyi məlumat yayıb.

Tanzaniya bayrağı altında üzən gəmilərdə Türkiyə və Hindistan vətəndaşlarının olduğu bildirilib.

Gəmilərin yanması nəticəsində 10 nəfər dünyasını dəyişib, 14 nəfər isə yanıq xəsarətləri ilə xilas edilib.


Müəllif: Teleqraf.com