22 Yanvar 2019 11:22
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, yanvarın 20-də Maştağa qəsəbəsindəki evlərin birinin yandırılması barədə Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinə müraciət daxil olub.

Müraciətlə əlaqədar polis əməkdaşları müvafiq araşdırma aparıblar və həmin gün saat 20 radələrində evin qəsdən yandırıldığı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Maştağa qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Həsənağa Ələkbərov və onun qardaşı Cəlalət, qəsəbə sakini Hüseyn Novruzov və Şüvəlan qəsəbə sakini Zaur İsayev müəyyən edilərək saxlanılıblar.

Şəxsi axtarış zamanı Həsənağa Ələkbərovdan kustar üsulla hazırlanmış bıçaq aşkar edilərək götürülüb.

İstintaq və əməliyyat tədbirləri aparılır.


Müəllif: Hacı Zeynalov