22 Yanvar 2019 11:58
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun mərkəzində İmamqulukənd kənd sakinləri - Elşad Aslanxanovun və Azad Şıxqayıbovun idarə etdikləri “Hyundai” və “VAZ-21154” markalı avtomobillər toqquşub.

Sonradan Elşad Aslanxanov idarəetməni itirdiyindən yaxınlıqda olan şəhər sakinləri Samir Salmanovu, İdris Seyfullayevi və Kamran Sədiyevi vurub.

Nəticədə Samir Salmanov hadisə yerində ölüb, digər 2 piyada xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Qusar rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov