22 Yanvar 2019 23:15
1 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tatar müğənni Faniya Xəlilova konsert zamanı dünyasını dəyişib.

53 yaşlı müğənninin həyatının son anlarını gecəyə gələn tamaşaçılardan biri lentə alıb.

O, ansamblı "Sönməz ulduzlar"ın konsertini açmaq üçün səhnəyə çıxıb. Faniya qəfildən huşunu itirib və yerə yıxılıb. İlk yardım edilsə də, sənətçini xilas etmək mümkün olmayıb.

Həkimlər Faniyanın ürəyinin dayandığını bildiriblər.
/Kult.az/


Müəllif: Teleqraf.com