23 Yanvar 2019 13:26
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ərini bıçaqlamaqda təqsirləndirilən Bilqeys Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarın 28-nə təyin edilib.

İttihama görə, paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsində Bayram Quliyev döş qəfəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı Bayram Quliyev xəsarəti evdə yıxılaraq aldığını deyib.

Lakin araşdırma zamanı müəyyən edilib ki, ona həmin xəsarəti ailə münaqişəsi zəminində həyat yoldaşı, 1994-cü il təvəllüdlü Bilqeys Quliyeva yetirib. Qadın bıçağı ərinin ürəyindən sancıb.

İstintaq orqanı tərəfindən Bilqeys Quliyevanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov