23 Yanvar 2019 20:54
1 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada Surqut-Moskva təyyarəsini oğurlayan Pavel Şapovalov öncə uçağın Azərbaycana istiqamətləndirilməsini tələb etsə də, sonradan fikrini dəyişib.

Teleqraf.com xəbər verir ki, Rusiyanın NTV kanalının hazırladığı reportajda qeyd olunur ki, Şapovalov stüardessanı yanına çağıraraq təyyarənin Azərbaycana uçmasını istəyib. Daha sonra isə fikrindən yayınıb və təyyarənin Əfqanıstana istiqamət götürməsini stüardessadan tələb edib.

Xatırladaq ki, “Aeroflot” aviaşirkətinə məxsus təyyarə Pavel Şapovalovun xuliqanlıq hərəkəti nəticəsində Moskvada deyil, Xantı-Mansidə məcburi eniş edib.


Müəllif: Teleqraf.com